Tonqa sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar 22 min 400 nəfər əhalisi olan Tonqanın paytaxtı Nukualofadan 635 kilometr cənub-qərbdə qeydə alınıb.Tələfat və dağıntılar barədə məlumat yoxdur.