Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Ukraynaya dəstək fondunun yaradılması ideyasından imtina etmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın “Publico” qəzeti məlumat yayıb.
Bildirilir ki, Aİ-yə üzv olan bütün ölkələrin xarici işlər nazirləri hərbi yardımın azaldılmasını gözləyirlər.
Fondun yaradılması ideyası İspaniya, Fransa və İtaliya tərəfindən rədd edilib. İndi Avropa diplomatiyasının rəhbəri Ukraynaya təxminən 5 milyard avro dəyərində 2 milyon ədəd sursat göndərməyi təklif edir.