15 aprel 2025 12:13
146

Paşinyan sənəd imzalamağı təklif edib

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişini və ATƏT-in Minsk qrupunun buraxılması haqqında bəyannaməni eyni vaxtda imzalamağı təklif edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı bildirib.

N.Paşinyanın sözlərinə görə, "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş" layihəsi razılaşdırılıb, tərəflər imzalanma ilə bağlı müzakirə mərhələsindədirlər.

"Azərbaycan rəsmi səviyyədə sazişin imzalanmasını iki məsələ ilə əlaqələndirir - onlardan biri ATƏT-in Minsk qrupunun strukturlarının buraxılmasıdır. Mən dəfələrlə bəyan etmişəm ki, bu gündəm Ermənistan Respublikası üçün məqbuldur. Əgər biz Qarabağ münaqişəsi səhifəsini bağlayırıqsa - biz bunu edirik, Qarabağ münaqişəsi ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var?", - N. Paşinyan bildirib.