17 mart 2025 10:25
114

ABŞ Silahlı Qüvvələri husilərin hökumət kompleksinə zərbələr endirib

ABŞ Silahlı Qüvvələri Yəmənin şimal-qərbində yerləşən Əl-Cauf əyalətində "Ənsar Allah" (husilər) hərəkatının istifadəsində olan hökumət kompleksi binasına bir sıra zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

"ABŞ Silahlı Qüvvələri Əl-Cauf əyalətinin Əl-Həzm dairəsində hökumət kompleksi binasına dörd zərbə endirib", - əl-Əsbahi özünün "X" səhifəsində yazıb. O, atəş nəticəsində ölən və yaralananların olub-olmadığını açıqlamayıb.