BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bəyan edib ki, İsrailin humanitar yardımı davam etdirdiyi blokadaya görə Qəzza zolağında ərzaq təminatı kritikdir.
“İki sahil” xəbər verir ki, bu barədə ÜƏP-nin "X" hesabında məlumat verilib.
“Martın 2-dən bəri Qəzzaya heç bir ərzaq çatmayıb, çünki bütün sərhəd keçidləri həm humanitar, həm də kommersiya yükləri üçün bağlı qalır”, - bəyanatda bildirilir. İsrailin Fələstin anklavını 15-ci gününə qədəm qoyan total blokadası artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub.
Ümumdünya Ərzaq Proqramı qeyd edir ki, bəzi əsas ərzaq məhsulları 200%-dən çox bahalaşıb.
Yanvarın ortalarında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər.