3 ABŞ astronavtı və bir rus kosmonavtın Beynəlxalq Kosmik Stansiyadan (BKS) qayıdışı martın 18-nə planlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Aerokosmik Agentliyi NASA məlumat yayıb. Bildirilir ki, “SpaceX” şirkətinə məxsus kosmik gəmi artıq BKS ilə birləşib. Hava şəraiti uyğun olduqda gəmi sabah stansiyadan ayrılaraq Yerə qayıdacaq. 5 saatlıq uçuşdan sonra Florida ştatı sahillərinə eniş planlaşdırılır.
Qeyd edək ki, ABŞ astronavtları stansiyaya 2024-cü il iyunun 5-də 2 həftəlik missiya üçün gediblər. Lakin texniki problemlərə görə qayıdış dəfələrlə təxirə salınıb. ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı dəfələrlə əvvəlki hakimiyyəti astronavtların taleyinə biganəlikdə ittiham edib.