Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı həyata keçirilən bombalı hücumda beş əsgər həlak olub, ən azı 12 hərbçi isə yaralanıb.
“İki sahil” xəbər verir ki, hücum intiharçı-terrorçu tərəfindən həyata keçirilib. Terrorçu partlayıcı maddələrlə dolu nəqliyyat vasitəsini hərbi kolonun üzərinə sürüb.
Məlumata görə, hücumu "Bəlucistan Azadlıq Ordusu" adlı ekstremist qruplaşma təşkil edib.