12 fevral 2025 14:52
118

Ərazi mübadiləsi mümkündürmü? - PESKOVDAN AÇIQLAMA

Rusiya və Ukrayna arasında ərazi mübadiləsi mümkün deyil.

“İki sahil” yerli KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu mümkün deyil", - o vurğulayıb.

"Rusiya heç vaxt öz ərazisinin mübadiləsini müzakirə etməyib və etməyəcək", - o vurğulayıb.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya birbaşa ərazi mübadiləsi - işğalçıların nəzarətində olan Ukrayna ərazilərinin müqabilində Kursk vilayətinin bir hissəsinin təklif etməyə hazır olduğunu açıqlayıb.