Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.
Somalinin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Amerikalı diplomat Azərbaycanın enerji marşrutlarında iştirakını yüksək qiymətləndirib
Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə açıq məktub ünvanlayıblar
Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak edib