Tehran ABŞ ilə danışıqlardan imtina edir, çünki prezident Donald Trampın administrasiyası məsələni diplomatik yolla həll etməyə hazır deyil.
“İki sahil” İran KİV-ə istinadla xəbər verir ki, bunu İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani mətbuat konfransında deyib.
Tramp daha əvvəl bildirmişdi ki, İranı bombalamaqdansa, onunla nüvə problemi ilə bağlı razılaşmaya nail olmağı üstün tutur.
"Danışıqlar şərtləri nəzərdə tutur. Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilən maksimum təzyiq danışıqlara kömək etmir. Biz qarşı tərəflə danışıqlara "yox" deyirik, çünki onlar diplomatiya dilini başa düşmürlər. Dünya gördü ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranın səyləri ilə imzalanıb, lakin hər şeyə məhz onların birtərəfli qaydada çıxması nəticəsində son qoyulub".