12 fevral 2025 13:41
110

Ermənistan parlamenti Aİ-yə üzvlüyün başlanması ilə bağlı layihəni TƏSDİQLƏDİ

Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qanun layihəsini ötən gün Artak Zeynalyan müvafiq təşəbbüslə çıxış edən və 60 min imza toplayan bir sıra ictimai təşkilatların adından təqdim edib.

Layihə bu ilin yanvarında hökumət tərəfindən təsdiqlənib. Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır.