12 fevral 2025 15:26
219

Astronavtlar kosmosa uçmazdan əvvəl nə yeyirlər, BİLİRSİNİZMİ?

Səhər yeməyinin günün ən vacib yeməyi olduğu deyilir, lakin səhər yeməyindən sonra rejiminiz çox da dəyişmir.

Bəs kosmosa getsəydiniz onda necə olardı? Bu hal səhər yeməyində nə yediyinizi dəyişə bilərmi? Məsələn, raketə minməzdən əvvəl biftek və yumurta ilə səhər yeməyi yemək istərdinizmi?

NASA astronavtları məhz bunu edirlər. Səbəb təkcə tərkibində yüksək protein olması deyil, həm də bu seçimdə astronavt Alan Şepardın payının olmasıdır. Alan Şepard 1961-ci ildə "Freedom 7" hava gəmisi ilə kosmosa çatan ilk ABŞ vətəndaşı olub. Şepard Yer ətrafında tam orbitini tamamlaya bilməsə də, mühüm rekorda imza atıb və özündən sonra ciddi bir miras qoyub.  Bəli, Şhepard kosmosa səyahətə biftek və yumurtalı səhər yeməyi ilə başlamışdı.

Aerokosmik Tibbi Laboratoriyadan Beatrice Finkelstein Şepard üçün məhz bu səhər yeməyini seçib. Çünki tərkibində yüksək zülal və az lif olduğundan bu, astronavtın kosmosa 15 dəqiqəlik səyahəti zamanı tualetə getmə ehtimalını azaldıb.

O vaxtdan illər keçsə də, astronavtlar hələ də uçuşdan əvvəl bu ənənəvi səhər yeməyi yeyirlər. Alan Şepard kosmosa çatan və bunu etməzdən əvvəl biftek və yumurta yeyən ilk ABŞ vətəndaşı kimi çığır açıb və digər kosmonavtlar onun izi ilə gedirlər. 1969-cu ildə Armstrong, Buzz Aldrin və Michael Collins Aya səyahətləri ilə tarix yazarkən yola çıxmazdan əvvəl eyni səhər yeməyi yeyiblər. Səbəb təkcə Şeparda hörmət nümayişi deyil, həm də səhər yeməyinin tərkibində zülalın çox, lifin az olmasıdır.

54 il sonra Aldrin "X"  hesabından yazıb ki, missiyasının ildönümünü biftek və yumurta ilə səhər yeməyi ilə qeyd edib. Biftek və yumurtanın ABŞ-da populyar olması İkinci Dünya müharibəsindən sonra başlayıb. Avstraliyada xidmət edən ABŞ əsgərlərinin bu səhər yeməyini mütəmadi olaraq yediyi bildirilir. 

Təbii ki, bu səhər yeməyindən sonra kosmosa gedən astronavtlar biftek yeməyinə davam etməyiblər. NASA ilk kosmos missiyalarına hazırlaşarkən, elm adamları bir insanın sıfır cazibə mühitində udqunub-udquna bilməyəcəyinə əmin deyildilər. Bunu etməyin mümkün olduğu öyrənildikdən sonra kosmos səyahətlərində astronavtların suya əlavə edə biləcəyi çoxlu dondurularaq qurudulmuş qida və içki tozlarından istifadə edilib.
Müasir dövrdə kosmosda peçenye və qoz-fındıq kimi qidalardan istifadə edilir. Ancaq əsas yeməklər yenə hələ də dondurularaq qurudulur və ya termostabilizasiyaya məruz qalır. Bu yeməklər biftek və yumurta qədər yaxşı olmasa da hər halda Şepardın ilk səfərinə istifadə etdiyi menyudan daha yaxşıdır.

Vüsal Cahanov, “İki sahil”