Amerikalı sahibkar İlon Maskın Ağ evdə ofis açmasına icazə verilməyib.
“İki sahil” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Bildirilib ki, Ağ ev aparatının rəhbəri Syuzan Uayls Maskın ABŞ Prezidenti Donald Trampa çıxışını məhdudlaşdırıb.
Qeyd olunub ki, Uayls Maskın Trampa təsirini azaltmaq və Maskın prezident səlahiyyətini bölüşməsinə mane olmaq üçün bunu edib.