25 yanvar 2025 02:58
242

Putin-Paşinyan sövdələşməsi: Münasibətlərdə gərginlik olması ilə bağlı məsələ imitasiyadır

Belə bir köhnə el məsəli var: “Anası gəzən ağacı balası budaq-budaq gəzər. ”Yarandığı gündən daim ağa dəyişməyə cəhd edən hayların işi-peşəsi yayda sərin kölgəlik, qışda isti qucaq axtarmaq olub. Hər yerdən də sığındıqlarına xəyanət etdiklərinə görə pis adla qovulublar. Buna dair faktlar istənilən qədərdir. Qaraçı haylar Hindistandan Qafqaza qədər ölkələrə beləcə “ata-ata” gəlib çıxıblar.

Hayların iki generalı və aşağı çinli yüzlərlə zabiti  1941-ci ildə Sovet dövlətinə arxa çevirib üzlərini Hitler Almaniyasına tutdular. Hitler kimi bir tiran erməniləri yaxın buraxmamış və onların xahişlərini gətirən Himlerə “sahibini üç dəfə satan dördüncü dəfə də satar” cavabını vermişdi. Ondan sonra Amerikaya, İngiltərəyə və Fransaya da rəml atanlar oldu. İndi tarix sanki təkrar olunur. ABŞ və Fransanın ətəyindən möhkəm tutan Ermənistanın sürüşkən başçıları köhnə ağaları Rusiyanı satmağa amadə durublar. Ən azından bu, görüntüdə belədir. Doğrudur, satqınlıq hayların qanındadır. Belə bir vəhşi toplumun qanını dəyişməkdə ən müasir tibb də acizdir. Beləliklə, keçək əsl mətləbə.

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanmasına dair qanun layihəsi parlamentdə təsdiqlənəcək. Bu sözləri Ermənistan parlamentində hakim partiyası fraksiyasının rəhbəri Artur Ovannisyan söyləyib: “Parlamentdənkənar tərəfdaşlarımızın təşəbbüsü hökumətə çatıb və hökumət bunu təsdiqləyib. Biz siyasi komandayıq və parlamentin həmin layihəni təsdiqlənməsi məntiqli olardı. Fraksiya hələ qərar verməyib, ona görə də mən indi qərardan danışmıram, məntiqdən danışıram və hesab edirəm ki, layihə təsdiq olunacaq. Onu rədd etmək üçün heç bir maneə görmürük”.

Xatırladaq ki, sözügedən layihə yanvarın 9-da Ermənistan hökuməti tərəfindən təsdiqlənib. İrəvanın bu qərarı Rusiya tərəfindən sərt təpki ilə qarşılanıb. Başqa cür ola da bilməzdi. Dünyada bunu bilməyən siyasətçi, tarixçi, ölkə başçısı yoxdur ki, Ermənistan adlı dövləti çar Rusiyası qurub. Yesir sifətində Suriyada, İranda, Türkiyədə və s. yerlərdə gəzib-dolaşan idbar erməniləri Rusiya öz pulu hesabına at, eşşək və öküz arabaları ilə daşıyıb Azərbaycan ərazisinə gətirib, onlara hazır “vətən” verib. Hər bir erməni ailəsinə 50 rubl gümüş pul yardımı edib, deportasiya olunmuş azərbaycanlıların evlərini, bağlarını, torpaqlarını “bağışlayıb”, dolanışıqları üçün inək-qoyun verib. Hamısını da təmənnasız. Onları orduya çağıraraq silahla davranmağı, hərbi qaydaları öyrədib, erməni zabitləri və generalları hazırlayıb. Bütün dövlət idarələrində onların sözü keçib, əzizləniblər. Bütün bunların hamısı üçün ermənilərin yaltaqlanmaqdan başqa çarələri olmayıb. Əvəzində yalnız öz qızlarını varlı və vəzifəli ruslara ya arvad kimi, ya da aşna kimi sırıyıblar. Bunlara aid saysız-hesabsız faktlar gətirmək mümkündür. Lakin bu kiçik yazıda məqsədimiz o deyil.

Altı il əvvəl Ermənistanın Rusiyanın orbitindən çıxmaq istəməsi  məlum olanda bir çoxları buna istehza ilə yanaşdı. Ancaq İrəvanda Rusiya əleyhinə etirazlar başlayandan sonra vəziyyət ciddi şəkil aldı. Bundan sonra Ermənistan Rusiya ilə olan bağları qırmağa başladı, KTMT-dəki fəaliyyətini dondurdu. Nəhayət, keçmiş vassal Qərbmeyilli siyasətə üstünlük verdi. Son bir ildə Ermənistan Rusiyaya qarşı “soyuq müharibə” davranışına keçib. Baş nazir Nikol Paşinyan Qərbdən və ABŞ-dan axıdılan pullar müqabilində artıq dünyanın supergüclərindən biri olan keçmiş sahibinə buynuz atmaqdan çəkinmir.

Amma ekspertlər hesab edir ki, əslində hər şey göründüyü kimi deyil. Belə ki, Paşinyan hökuməti ikili oyun oynamaqda davam edir. Bir tərəfdən Qərbə doğru stiqamətlənsə də,  arxada Rusiya ilə sıx əməkdaşlığını davam etdiri. Yəni, Ermənistan Rusiyanın müttəfiqi olmaqda dava edir. Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanlı həmkarı Ararat Mirzoyanı Moskvada görüşdü. Bu görüş bəzi mətləblərə agah olmaga imkan verir. Rusiyanın xarici işlər nazirinin Mirzoyanla son görüşündən sonra keçirlən mətbuat konfransında Ermənistanla münasibətlər haqda dediyi xoş sözlər əslində gizli sövdələşmənin davam etdiyini təsdiqləyir.  Qərblə əməkdaşlı adı altında Rusiya ilə münsibətlərin pozulması görüntüsü yaradılsa da əslində Ermənistan sanksiya altında olan Rusiyaya reeksport məsələsində əsas müttəfiqdir. Bunu açıqlanan rəqəmlər də təsdiqləyir. Belə ki,  iki ölkə arasında ticarət dövriyyəsinin indiyədək görünməyən həddə -12 milyard  dollara çatıb. Məskvada keçirilən mətbuat konfransında tərəflərin bundan məmnun olmaları gözdən qaçmadı. Bəs, bu qədər böyük məbləğ necə yarana bilər? Təbii ki, bu dövriyyənin kökündə reeksportun dayandığı Rusiyaya da, Qərbə də yaxşı məlumdur. 2023-cü cü ilin rəqəmlərinə görə, Rusiya Belarus (52,7%) və Ermənistan (41,1%) arasında ticarət dövriyyəsində birinci yerdədir. Rusiya ilə Ermənitan arasında münasibətlərdə gərginliyin olması ilə bağlı iki ölkə mediasında və siyasi dairələrində yaradılan “fırtına” gözə kül üfürməkdən başqa bir şey deyil. Belə görünür ki, Putin və Paşinyan tərəfindən idarə olunan bu prosesdə problemlərin olması ilə bağlı məsələ imitasiyadır. Cənablar, başnızı quma salıb, kimi aldadirsınız?!

Vəli İlyasov, “İki sahil”