Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəfdir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birgə keçirilən mətbuat konfransında deyib.
O əlavə edib ki, Aİ Türkiyənin üzvlük perspektivini güvləndirmək üçün yeni bir baxış təqdim etməlidir:
"Avropa İttifaqının bu baxışı təqdim etməsini gözləyirik. Həmçinin viza mövzusunda irəliləyiş əldə edilməsi də bizim üçün önəmli məsələdir. Viza rejiminin sadələşdirilməsinə ehtiyac var".