Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə Səlçuqlu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Öz növbəsində, DHA agentliyi iki nəfərin xilas edildiyini, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyini bildirib.
Konya valisi İbrahim Akın isə vurğulayıb ki, binada 5 nəfərin olması barədə məlumatlar mövcuddur: “Digər mənzillərdə sakinlərin olub-olmadığı ilə bağlı araşdırma aparılır”.
Hazırda axtarış tədbirləri davam etdirilir.
BƏƏ Prezidenti Ukrayna üzrə danışıqların yekunlarına dair Kuşner və Uitkoffu qəbul edib
Zelenski "Starshield" peyk rabitəsi sisteminin işində ciddi nasazlıqların olduğunu bəyan edib
Moldova Nazirlər Kabineti Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsini təsdiqləyib
İtaliya məktəblərinə Tayvan universitetinin hesabından təhdid məktubları göndərilib
WSJ: "Nvidia"nın İdarə Heyəti Jensen Huanqı baş direktor vəzifəsindən uzaqlaşdıracaq