Polşa nümayəndə heyəti ABŞ-yə səfəri zamanı "Tomahawk" qanadlı raketlərinin mümkün alınması ilə bağlı danışıqlar aparıb və bu proses çox yaxşı gedib.
“İki sahil” "Wirtualna Polska" internet portalına istinadla xəbər verir ki, bu barədə Polşanın Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Vaşinqtondan Varşavaya qayıtdıqdan sonra məlumat verib.
"Tomahawk"larla bağlı danışıqlar çox yaxşı gedir", — deyə, o, bildirib.
Vaşinqtonda olduğu müddətdə Kosinyak-Kamış bildirib ki, Polşa ABŞ-dən bu raketlərin alınması məsələsini hələ bir neçə ay əvvəl qaldırıb.
Nazir əlavə edib ki, danışıqların digər mövzuları Polşa ərazisində ABŞ-nin daimi hərbi bazasının yaradılması və müdafiə sahəsində Polşa ilə Amerika şirkətləri arasında əməkdaşlıq olub.
2015-ci ildə Polşa artıq ABŞ-dən "Tomahawk" raketləri partiyası almağa cəhd göstərmişdi, lakin həmin vaxt bu mövzuda aparılan danışıqlar nəticəsiz başa çatmışdı.
BƏƏ Prezidenti Ukrayna üzrə danışıqların yekunlarına dair Kuşner və Uitkoffu qəbul edib
Zelenski "Starshield" peyk rabitəsi sisteminin işində ciddi nasazlıqların olduğunu bəyan edib
Moldova Nazirlər Kabineti Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsini təsdiqləyib
İtaliya məktəblərinə Tayvan universitetinin hesabından təhdid məktubları göndərilib
WSJ: "Nvidia"nın İdarə Heyəti Jensen Huanqı baş direktor vəzifəsindən uzaqlaşdıracaq