BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabidə Ukrayna üzrə keçirilən üçtərəfli danışıqların yekunlarına dair ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffu və Cared Kuşneri qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin WAM informasiya agentliyinin yaydığı bəyanatda deyilir.
Görüşdə BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər iştirak ediblər. "BƏƏ-də danışıqların təşkili böhranın siyasi həllinə nail olmaq üçün dialoqun və diplomatik addımların gücləndirilməsi səyləri çərçivəsində baş tutub", — deyə mətndə qeyd olunur. Bəyanatda vurğulandığı kimi, məsləhətləşmələrin keçirilməsi BƏƏ-yə olan beynəlxalq etimadı və ölkənin sülh və sabitliyin dəstəklənməsinə yönəlmiş dəyişməz kursunu əks etdirir.
Zelenski "Starshield" peyk rabitəsi sisteminin işində ciddi nasazlıqların olduğunu bəyan edib
Moldova Nazirlər Kabineti Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsini təsdiqləyib
İtaliya məktəblərinə Tayvan universitetinin hesabından təhdid məktubları göndərilib
WSJ: "Nvidia"nın İdarə Heyəti Jensen Huanqı baş direktor vəzifəsindən uzaqlaşdıracaq