24 yanvar 2025 16:05
119

Kaliforniyada yanğınlarla mübarizəyə bu qədər vəsait ayrılıb

ABŞ-nin Kaliforniya ştatının hakimiyyəti Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə və onların nəticələrinin aradan qaldırılması üçün 2,5 milyard dollardan çox vəsait ayırıb.

“İki sahil”  TASS-a istinadla xəbər verir ki, bu barədə ştatın qubernatoru Gevin Nyusom sosial şəbəkələrdə yazıb.

"Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə və bərpa işlərinin başlanması üçün 2,5 milyard dollardan çox vəsaitin ayrılması barədə iki fərman imzaladım", - o qeyd edib.

Qeyd edək ki, yanğınlar nəticəsində 12,3 mindən çox tikili, o cümlədən məşhurların əmlakı yanıb. Son məlumatlara görə, 28 nəfər həlak olub. Los-Anceles dairəsində tüğyan edən yanğınların vurduğu iqtisadi zərər 250 milyard dolları ötüb.