Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla Ankarada görüşüb.
“İki sahil” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.
Bildirilib ki, tərəflər Türkiyə-Avropa İttifaqı əlaqələri, Suriyaya tətbiq edilən sanksiyaların aradan qaldırılması və regional məsələləri müzakirə ediblər.