21 oktyabr 2024 13:05
78

Sandunun lehinə səslərin artım tempi çoxlu suallar yaradır - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldovada keçirilən seçkilərə münasibət bildirib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Peskov hesab edir ki, nəticə göstərir ki, moldovalılar ölkənin hazırkı prezidenti Maya Sandunun təbliğ etdiyi ideologiyanın tərəfdarı deyil.

“Hətta belə qeyri-azad seçki kampaniyası şəraitində biz nə qədər insanın indiki prezident Sandu ideologiyasının tərəfdarı olmadığını görürük”, - deyə, Kreml nümayəndəsi bildirib.

Peskov bildirib ki, Sandunun lehinə səslərin artım tempi çoxlu suallar yaradır.