19 oktyabr 2024 09:21
80

Vyetnamın Baş naziri BRICS sammitində iştirak edəcək

Vyetnamın Baş naziri Fam Min Çin Rusiyanın Kazan şəhərində keçiriləcək BRICS sammitində iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Vyetnamın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Baş nazir Fam Min Çin Prezident Vladimir Putinin dəvəti əsasında geniş nümayəndə heyəti ilə Rusiyaya səfər edəcək.

Qeyd edək ki, 2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS 2011-ci ildə Cənubi Afrikanı da öz sıralarına daxil edib. 2023-cü ilin dekabrında Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İranı əhatə edən son genişlənmə ilə BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

Rusiya XİN 30-dan çox ölkədən liderlərin Kazan sammitində iştirak edəcəyini açıqlayıb.