19 oktyabr 2024 12:12
74

Lavrov Baydenin nüvə silahı ilə bağlı danışıqlara dair bəyanatlarını seçkiqabağı adlandırıb

ABŞ prezidenti Co Baydenin Rusiya ilə nüvə silahı danışıqları ilə bağlı açıqlamaları qarşıdan gələn prezident seçkilərində Demokratların namizədi Kamala Harrisə kömək etmək məqsədi daşıyır.

“İki sahil” xəbər verir ki, bunu aif.ru saytına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Rusiya, Çin və KXDR ilə ilkin şərt olmadan nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, Birləşmiş Ştatlar birtərəfli hərbi üstünlükləri təmin etmək üçün Rusiyanı ilkin şərt olmadan strateji sabitlik üzrə danışıqlar aparmağa çağırır, lakin Moskva qəti şəkildə buna qarşıdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”