19 oktyabr 2024 13:31
85

Norveçin xarici işlər naziri Rivne AES-də olub

Norveçin xarici işlər naziri Espen Barth Eide cümə günü Rivne Atom Elektrik Stansiyasına səfər edərək ölkəsinin müharibə şəraitində nüvə təhlükəsizliyini təmin etmək səylərinə dəstəyini ifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb.

"Rusiyanın elektrik şəbəkəsinə hücumları nüvə stansiyalarına birbaşa təsir etmədikdə belə nüvə təhlükəsizliyinə təhlükə yarada bilər", - deyə Norveçli nazir bildirib və əlavə edib ki, Ukrayna və Avropada nüvə təhlükəsizliyinə xələl gətirən istənilən hücum qəbuledilməz olacaq.

Eide xatırladıb ki, 2022-ci ilin martında Norveç Rivne AES-ni təhlükəsiz istismarı üçün lazımi ehtiyat hissələri ilə təmin edib: “Biz həmçinin Rivne zavodunda kibertəhlükəsizlik tədbirlərinə dəstək verdik və qeyri-sabit enerji təchizatı səbəbindən avtomatik söndürüldükdən sonra reaktorların sürətli işə salınmasını təmin edən avadanlıq təmin etdik”.

Eide ilə yanaşı, Norveç Radiasiya və Təhlükəsizlik Təşkilatının (DSA) baş direktoru Per Strand da Rivne AES-ə gedib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”