"Mançester Siti"nin və Norveçin hücumçusu Erlinq Haland dünyanın ən bahalı futbolçusu olub.
“İki sahil” xəbər verir ki, oktyabrın 1-də Transfermarkt portalı İngiltərə Premyer Liqasının bəzi oyunçularının qiymət etiketlərini yeniləyib və 24 yaşlı futbolçunun dəyəri 180 milyon avrodan 200 milyon avroya yüksəlib.
Əvvəllər Haland reytinqin 1-ci pilləsini “Real”ın oyunçuları Vinisius Junior, Cud Bellingem və Kilian Mbappe ilə bölüşürdü. Onların dəyəri hələlik 180 milyon avro olaraq qalır. Lakin bu, oktyabrın 11-də oyunçularının qiymət siyahılarını yeniləndikdə dəyişə bilər.
Haland, eyni zamanda, 200 milyon avroya çatan ikinci oyunçu olub. 2018-ci ilin əvvəlində Mbappe bunu bacarmışdı.
Qeyd edək ki, bu mövsüm Erlinq İngiltərə çempionatında 6 matçda 10 qol vurub.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək
Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək