09 sentyabr 2026 16:04
96

Beynəlxalq dərəcəli hakimlərimizin sayı artdı

 

Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.

Bu il mayın 20-24-də Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatında ədaləti qoruyan Samil Fəttayev və Nihad Muradov imtahandan uğurla keçərək kateqoriyalarını yüksəldiblər.

Buna qədər milli kateqoriyada daxili yarışlarda görüşləri idarə edən Nihad Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusuna yüksəlib. Samil Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəyə çatıb.

Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 24-ə çatıb.