09 sentyabr 2026 14:58
105

Böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək

Dekabrın 6-da böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.

 Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə böyüklər bütün kata kateqoriyalarında, gənclər və yeniyetmələr isə “Nage-no-kata” və “Katame-no-kata” üzrə çıxış edəcəklər.

Cütlüklər kişi–kişi, qadın–qadın və ya kişi–qadın tərkibində formalaşdırıla bilər.

İştirak üçün sifarişlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 Əlaqə: +994 10 236 29 39