06 iyul 2024 01:23
350

Nə utanırlar, nə də...

Azərbaycanın xarici siyasət sahəsində qazandığı hər uğur nədənsə özünü müxalifət atlandıran radikal kəsimin gözünə batır. Qlobal siyasətin, geosiyasi proseslərin, hazırda dünyada və bölgəmizdə cərəyan edən proseslərin mahiyyətini anlamaqda çətinlik çəkən bu kəsim illərdir ağa qara deməkdən nə utanır, nə də bezir.

Əli Kərimov və başının dəstəsi indi də Şanxay Əmkdaşlıq Təşkilatının Astana keçirdiyi Zirvə görüşünü və görüş şərçivəsində Azərbaycanla  Çin arasında imzalanan strateji tərəfdaşlıq haqqında  Birgə Bəyannaməni öz aləmlərində “analiz” edirlər. Amma o qədər svadsızcasına “analiz” edirlər ki, az qala hər cümlələrində Qərbin müəyyən dairələrinin maraqlarının ifadə etdiklərini büruzə verirlər. Heç sənədin tam mətni ilə tanış olmayıblar, amma başlayıblar haray-həşir salmağa. Azərbaycanın uğuru xarici siyasət uğurlarının həzm edə bilməyənlərlə eyni səngərdə dayanan Kərimov Əli və başının dəstəsi sosial şəbəkələrdə eyni tezislə Birgə Bəyannaməni öz aləmlərində tənqid edirlər.

BMT Təhlüəsizlik Şurasının daimi üzvü, dünyanın ikinic ən böyük iqtisadiyyatına malik olan nüvə dövləti ilə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin nə demək olduğunu ya anlamırlar, ya da onlara “anlamayın” tapşırığı gəlib. Kərimov Əli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli və bu dəstənin digər üzvləri eyni tezis əsasında təqid edirlər, amam nəyi tənqid etdiklərinin fərqində deyillər. Sadə bir fakt. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yazır ki, Azərbaycan və Çin hegomonluğa qarşıdır və real çoxtərəfliliyə sadiqdir. Görəsən Qəhrəmanlı nəyi tənqid etdiyini başa düşürmü. Hegemonluğa qarşı olmaq, çoxtərəfliliyə sadiq olmaq niyə tənqid olunsun? Azərbaycan dövlətinin maraqları baxımından yanaşdıqda bunu tənqid etmək gülüncdür. Amma ölkələrin daxili işlərinə qarışmaq istəyənlərin prizmasından yanaşdıqda bu, mümkündür. İndi Qəhrəmanlı bununla ölkəmizin daxili işlərinə qarışmaq istəyənlərin  maraqlarının ifadəçısı olmurmu?

Özlərini Qərbin müəyyən dairələrinə, o cümlədən erməni lobbisinə yaxın qüvvələrə daha yaxşı qiymətə satmaq üçün hər yola əl atdıqlarından indi də bu şansı əldən vermək istəmirlər. Hər cümlələrinin əvvəlində də, axırında da özlərini guya Qərbin maraqlarını qoruyan “qüvvə” kimi görünməyə çalışırlar. Sanki Azərbaycan hansısa dövlətlə danışıqlar aparanda, münasibətlərini strateji tərədaşlıq səviyyəsinə yülsəldəndə öz maraqlarını yox, hansısa dairələrin maraqlarını əsas götürməlidir. Bax, Kərimov Əli və mövcudluqları ancaq sosial şəbəkələrdə görünən başının dəstəsinin əsl mahiyyəti də elə bu məqamda gizlənir. Kərimov Əli və trol dəstəsinin siyasətdən, geosiyasətdən anlayışları ancaq bu qədərdir. Siyasi fəaliyyətləri boyu ancaq hansısa dairələrdən sifariş alıb, onların tapşırıqlarını yerinə yetirməklə məşğul olan radikallar üçün ölkəmizin, dövlətimizin milli maraqları heç vaxt önəmli olmayıb. Onların dövlətçilik anlayışı, siyasi təfəkkürü bu qədər məhdud olmaqla yanaşı ölkə siyasəti üçün zərərlidir. Heç bir cəmiyyət öz daxilində xarici dairələrin sifarişləri əsasında işləyərək öz ölkəsinin maraqlarının əleyhinə olan qüvvəni ən yaxşı halda qəbul etməz. Azərbaycan cəmiyyətinin həmin radikalları qəbul etməməsinin, onlardan birdəfəlik üz döndərməsinin səbəblərindən biri də elə budur.

A.Miriyev, "İki sahil"