21 sentyabr 2024 15:50
103

Siqaret əsəbləri sakitləşdirir? - Araşdırmalar TƏSDİQLƏYİR Kİ...

Əsəbləşmisən ? Onda 1 siqaret çək sakitəşəcəksən. Ətrafımızıda bu cür ifadələri tez-tez eşidirik. Bəs bu yanaşma nə dərəcə də doğrudur? Doğrudanmı siqarət çəkmək əsəbləri sakitləşdirir?

İnsanların əksəriyyəti bu yanaşmanı dəstəkləyir. Onlar düşünürlər ki, dərdli olanda və ya əsəbiləşən vaxt onları təkcə siqarət çəkmək sakitləşdirir. Lakin bu yanaşma doğru deyil. Britaniya Tibbi Jurnalının araşdırması göstərir ki, gündə bir ədəd siqaret çəkənlərdə siqarət çəkməyənlərlə müqayisədə ürək xəstəliyi riski 50 faiz, insult riski isə 30 faiz daha yüksəkdir. Alimlər bu məsələ ilə bağlı 141 elmi araşdırma aparıblar. Araşdırmalar göstərib ki, gündə 20 ədəd siqaret çəkən 100 orta yaşlıdan ibarət bir qrupun yeddi üzvü ürək xəstəliyi və ya insult keçirəcək. Lakin bu qrupun üzvləri çəkdikləri siqareti gün ərzində bir ədədə endirsələr, nəticədə 100 nəfərdən 3-də xəstəlik əmələ gələcək. Gələk əsas məsələyə. Belə ki, tütünün əsəbləri sakitləşdirməsi fikri həqiqəti əks etdirmir. Ümumiyyətlə, siqaret həvəskarlarının 70 faizi narahatlıqdan və depressiyadan əziyyət çəkir. Deməli, siqaret çəkən insanlar narahat və depressiyaya meyilli olurlar.

Siqaretdən istifadə birbaşa psixologiyamıza da təsir göstərir. Asılılqdan azad olmaq üçün əvvəlcə depressiyanın qaynağı tapılmalı və həll olunmalıdır. Şəxsin iradəli olub öz istəyi ilə siqarətdən imtina etməsi onun itirmiş sağlamlığına daha tez qovuşmasına kömək ola bilər. Siqaret çəkənlərin 18,3 faizi depressiya və həyəcanlı vəziyyətdən əziyyət çəkiblər. Heç vaxt siqaret çəkməyənlərdə bu göstərici 10 faiz, siqareti tərgidənlərdə isə 11,3 faiz təşkil edib. Bəs maraqlı bir digər məqamlardan biri də siqareti atan kimi nələrin insan orqanizimdə baş verəcəyidir.  Belə ki, 8 saatdan sonra ağ ciyərlərdəki dəm qazının səviyyəsi yarıya qədər enəcək və oksigenin səviyyəsi normallaşacaq. 2 gündən sonra isə nikotin bədəndən xaric olunacaq. Ürək xəstəlikləri ehtimalı azalacaq. İy və dad reseptorlarının funksiyası qaydaya düşəcək. 2 həftədən sonara qan dövranı artacaq və növbəti 10 həftə ərzində bu artım davam edəcək. 1 ildən sonra isə ürək xəstəlikləri ehtimalı yarıya kimi azalacaq. 5 ildən sonra insult riski siqaret çəkməyən adamlardakı kimi olacaq. 10 ildən sonra ağ ciyər xərçəngi ehtimalı siqaret çəkməyən insanlardakı kimi olacaq.

Unutmayın! Siqaret çəkmək həm sağlamlığınıza, həm də cibinizə ziyandır.

Duyğu Əlizadə