22 sentyabr 2024 16:46
95

Payız gəldi...

Azərbaycana payız fəsli qədəm qoydu.

"İki sahil "Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına istinadən bildirir ki, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43-də daxil olub. Bu gün payız gecə-gündüz bərabərliyi qeydə alınır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib. Beləliklə, Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayıb.

Payız fəslinin müddəti 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.