17 noyabr 2023 01:37
906

ABŞ-ın şeytani oyunları dünyanı qan çanağına çevirib

Noyabrın 15-də yenə ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib. Bu dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub.  Bundan başqa, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Əslində L.Maks və digərləri anlamırlar ki, heç bir ölkə, heç bir qüvvə artıq  qırx dörd günlük müharibədə tarixi Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan Azərbaycanla təzyiq, təhdid, diktə dili ilə danışa bilməz.  Bu istqiamətdə atılan addımlar, göstərilən cəhdlər əbəsdir. İkinci bir tərəfdən hər kəs bilməlididr ki, Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Həmçinin  öz milli maraqlarına uyğun, beynəlxalq hüququn normaları çərçivəsində müstəqil qərarlar qəbul edən Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranmış  tarixi imkandan istifadə edərək, önəmli təşəbbüslər irəli sürüb bu istiqamətdə vacib addımlar atır.

Ağ ev anlamılıdır ki...

Təbii ki, bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi də var. İş orasındadır ki, ABŞ, Fransa kimi ölkələr güclü, suveren və müstəqil Azərbaycan dövlərini qəbul edə bilmirlər. Ancaq onlar anlamaq istəmirlər ki, öz geosiyasi çıxarlarına görə Cənubi Qafqazda davamlı sülhdə maraqlı olmayan, Ermənistana gizli və açıq dəstək verən ABŞ və bəzi Qərb ölkələri anlamalıdırlar ki, qarşılıqlı faydalı əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan siyasət yürüdən Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada uğurlu siyasəti gerçəkləşdirə bilməzlər. Çünki Azərbaycan bu gün sözün hər mənasında dünyanın, yerləşdiyi coğrafiyanın əsas söz və nüfuz sahiblərindən biridir. Heç kim unutmamalıdır ki, Azərbaycan regionun lider dövlətidir. Artıq dünya Azərbaycanın yeri və çəkisi ilə hesablaşır. Hər kəs yaxşı bilir ki, bu bölgədə Azərbaycanın iştirakı və razılığı olmadan heç bir regional və beynəlxalq əhəmiyyətli layihə gerçəkləşdirilə bilməz. Çünki beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzu, müxtəlif proseslərdə təsir imkanlarının güclənməs mövcud geosiyasi reallıqdır. Bunu həmin dairələr nə qədər tez anlasalar, qəbul etsələr yaxşı olar.

Məsələ burasındadır ki, noyabrın 15-də Konqresdəki  “dinləmələr” Azərbaycana qarşı ilk belə hal deyil. Bundan əvvəl sentyabrda da Konqresdə Azərbaycana qarşı təxribatçı dinləmə keçirilmişdi və senator Pat Riketts Ermənistanı dəstəkləməyin səbəblərini açıq şəkildə ortaya qoymuşdu. Dövlət katibinin keçmiş köməkçisi Yuri Kim dinləmələrdə Azərbaycanın ünvanına hədyanlar və qondarma ittihamlar səsləndirmiş, Ermənistanla müzakirələrin davam etdiyini bildirmişdi. Əslində ermənipərəst mövqeyi ilə tanınan bu zatlar unudurlar ki, bu cür dinləmələr və oradakı çıxışlar Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə ciddi zərbə vurur.

Birləşmiş Ştatlar öz gözündə tiri görmür...

Bunlar hamısı öz yerində. O ki qaldı ABŞ Konqresinə, bu qurum  nədənsə, öz ölkəsində problemləri, həlli müşkülə dönən məsələləri müzakirə etmək əvəzinə burnunu hara gəldi soxur. Konqres ABŞ-ın günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi  və digər çoxsaylı daxili problemlərlə məşğul olsaydı daha yaxşı olardı. Bu yaxınlarda ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunurdu ki, ölkənin ümumi dövlət borcu kəllə-çarxa çıxıb. Belə ki, sentyabrın 18-də bu məbləğ 33,04 trilyon ABŞ dolları olub.Şübhəsiz ki, bu, Amerikanın dövlət borcu üçün rekord göstəricidir. Hətta ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar borc tavanını artırmağa razılaşalar da, büdcədə əhəmiyyətli ixtisarlar apardılar. Daim insan haqlarından dəm vuran bu ölkədə təkcə 2022-ci ildə 1176 nəfər polis zorakılığının qurbanı olub, öldürülüb. Son illərdə ABŞ-da irqi zorakılıq demək olar ki, pik həddinə çatıb. Məlum Ferquson hadisələrini işıqlandıran ən azı 11 jurnalist əlləri qandallnaraq polis bölməsinə aparılıb.

ABŞ-ın şeytani oyunları dünyanı qan çanağına çevirib

Heç kimə sirr deyil ki, bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərdə, müharibələrdə, dövlət çevrilişlərində, vətəndaş müharibələrində ABŞ-ın inkarediləmz iştirakı və rolu var. Bu gün Liviyada, Suriyada, İraqda, Əfqanıstanda baş verən dəhşətli hadisələr bunun əyani təsdiqidr. Düz 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb.  Əslində bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Həmçinin Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Amerikadır. Məhz ABŞ-ın məkrli siyasəti, şeytani oyunları sayəsində Ukrayna artıq bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Ağ ev Avropanı Rusiyanın enerji resurslarından məhrum edərək bu böyük bazarı özününküləşdirib. ABŞ Latın Amerikasında, Afrika qitəsində də dəhşətli cinayətlər törədib. Nəticədə Latın Amerikası ölkələrində Amerikaya qarşı kəskin mənfi münasibət formalaşıb.

Azərbaycan xalqı bu riyakarlığı unutmaycaq

Birmənalı demək olar ki, postsovet məkanında, eləcə də Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı da məhz ABŞ-dır. Ağ evin postsovet məkanında 2000-ci illərin əvvəllərindən başlanan rəngli inqilablar ssenarisi Azərbaycanda iflasa uğradı. Ölkəmizdəki monolit xalq-iqtidar bilriyi ABŞ-ın məkrli niyyətlərini puç etdi. Bir məsələni xüsusilə qeyd etmək istərdik ki, ATƏT Minsk qrupu həmsədrlərindən biri kimi ABŞ ölkəmiizn 20 faiz ərazisinin  təcavüzkar Ermənistan tərəfindən işğal edilməsinə, orada etnik təmizləmə aparılmasına, milli-mədəni irsimizin məhv edilməsinə, sərvətlərimizin talanmasına görə də ciddi məsuliyyət daşıyır.  İşğal dövründə ABŞ bir dəfə də olsun təcavüzkar Ermənistanı qınamadı, BMT TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etdi. Ağ ev Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etmədi. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq.

Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz

Bütün bunlardan başqa dinləmələr zamanı Konqresdə çıxış edənlər bildiriblər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Etməyin! Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Bu gün ölkəmizə yardım etməyəcəklərini söyləyən Konqres üzvlərinə xatırlatmaq istərdik ki, ABŞ-ın vaxtilə Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırmasından, separatçıların bu ölkədə yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılmasından, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulmasından hiddətlənən xalımız bu riyakrlıqları da heç zaman unutmaycaq. Azərbaycana diktə etmək istəyənlərə yeri göstəriləcək. Bütün bunlara görə ABŞ-ın, Qərbin ölkəmizdəki şəbəkəsi təmizlənməli,  USAİD kimi  təşkilatların fəaliyyəti dayandırılmalı,  heç kəs bu təşkilatlarla əməkdaşlıq etməməlidir. “Azadlıq”, “Amerikanın səsi” radiolarında çalışan jurnalistlərimiz bu dağıdıcı ruporların Azərbaycana yaxşı heç nə gətirmədiklərini anlamalıdırlar. Yaradılan Amerika guşələri  agentura şəbəkəsidir və onlar ləğv olunmalıdır.

Nəhayət,  amerikalı senatorlara və ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayna bir daha xatırlatmaq istərdik ki, bundan əvvəl də bir çox dövlətlər ölkəmizə təzyiq göstərməyin nəticəsiz olduğunu bu və ya digər formada etiraf ediblər. Bütün bunların fonunda ABŞ başda olmaqla bəzi Qərb ölkələrinin hədə-qorxu, ultimatum dili ilə danışaraq ölkəmizə təsir etmək istiqamətindəki bütün cəhdləri fiaskoya uğrayacaq. Onu da unutmasınlar ki, heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Bunu heç kimi unutmasın...

Zahid Rza, “İki sahil”