Gürcüstanın Kvareli şəhərində Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Kvareli Ədliyyə Təlim Mərkəzinin bazasında təşkil olunub. Beynəlxalq gənclər düşərgəsində Azərbaycanı Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti və 13 gənc təmsil edib.
Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Baia Kvitsiani düşərgənin açılışında çıxış edib. O, layihənin əhəmiyyətindən danışaraq, gənclər siyasətinin gücləndirilməsi istiqamətində keçirilən tədbirləri diqqətə çatdırıb.
Gürcüstanın Gənclər Agentliyinin həyata keçirdiyi layihədə bu ölkə ilə yanaşı, Azərbaycan və Türkiyədən 18-29 yaşlı gənclər iştirak edib. Layihənin məqsədi gənclər arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və komanda əməkdaşlığının gücləndirilməsi olub. İştirakçılar proqram çərçivəsində qeyri-formal təhsil metodlarına əsaslanan interaktiv görüşlərdə, təlimlərdə və komanda fəaliyyətlərində iştirak ediblər. Həmçinin mədəniyyət gecələri və Gürcüstanın mədəni irsi ilə tanışlıq məqsədilə maarifləndirici ekskursiyalar təşkil olunub.
Tədbir çərçivəsində keçirilən mədəniyyət gecəsində muğam ifaçısı Yusif Cəfərbəyli Azərbaycan milli musiqisini və muğam sənətini təqdim edib.
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb