"Arsenal" İngiltərə Premyer Liqasında yeni mövsümdə ilk turun oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, London klubu "Nottinqem Forest"i qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Arsenal" - "Nottinqem Forest" - 2:1
Qollar: Nketia, 26 (1:0), Saka, 32 (2:0), Avoniyi, 82 (2:1)
Qeyd edək ki, "Arsenal" İngiltərə Premyer Liqasında ötən mövsümü turnir cədvəlinin ikinci pilləsində başa vurub.