UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
“İki sahil” xəbər verir ki, “Lublin Arena”da oynanılan qarşılaşmada ilk yarıdan sonra hesab Kiyev təmsilçisinin xeyrinədir – 1:0. Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.