"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Trabzon təmsilçisi məlumat yayıb.
Misir millisinin 34 yaşlı üzvü ilə 2 illik müqavilə imzalanıb.
2017-ci ilin yayında İtaliyanın "Roma" klubundan transfer edilən misirli ulduz "Liverpul" forması ilə meydana çıxdığı 435 rəsmi oyunda 255 qola və 122 məhsuldar ötürməyə imza atıb. İngiltərə Premyer Liqası tarixində ən çox qol vuran və məhsuldar ötürmə edən hücumçulardan biri olan Salah "Liverpul"un turnir tarixindəki ən məhsuldar oyunçusudur. O, həmçinin İngiltərə təmsilçisinin Avrokuboklardakı ən çox qol vuran futbolçusudur.
Xatırladaq ki, hücumçu Misir millisinin heyətində meydana çıxdığı 121 rəsmi oyunda 68 qol vurub.