"Neftçi" Rusiyanın "Zenit" klubu ilə növbəti dəfə üz-üzə gələ bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb.
Komandaların sentyabrda millilərin oyunlarına görə yaranacaq fasilə zamanı Sankt-Peterburqda üz-üzə gəlmək ehtimalının olduğunu bildirilib. Oyunun sentyabrın 7-8-də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, “Neftçi” iyulda Rusiyada keçirilən “Kubok Pari Premyer” turnirində “Zenit”lə qarşılaşmışdı. Oyunda Rusiya klubu 3:1 hesablı qələbə qazanıb.