12 avqust 2023 00:38
417

Türkiyə Super Liqasında yeni mövsümə start verilib

Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümünə start verilib.

“İki sahil” xəbər verir ki, açılış oyununda "Trabzonspor" "Antalyaspor"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 8-ci dəqiqədə Stefani Densvil vurub.

Qeyd edək ki, turun digər oyunları avqustun 12-si, 13-ü və 14-də keçiriləcək.