11 avqust 2023 00:08
391

Konfrans Liqası: Türkiyə klubları qələbə qazanıblar

Türkiyənin UEFA Konfrans Liqasındakı təmsilçiləri III təsnifat mərhələsində ilk oyunlarını qələbə ilə başa vurublar.

“İki sahil” xəbər verir ki, "Beşiktaş" Bakıda "Neftçi"yə 3:1 hesabı ilə qalib gəlib. Eyni hesab İstanbulda "Fənərbağça" və Sloveniyanın "Maribor" komandası arasında keçirilən matçda da qeydə alınıb.

"Adana Demirspor" isə evdə Xorvatiya "Osyek"inə heç bir şans verməyib - 5:1.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 17-də baş tutacaq.