10 avqust 2023 21:58
605

Konfrans Liqası: "Sabah" "Partizan"ı 2 cavabsız qolla məğlub edib YENİLƏNİB

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşıb.

"Bank Respublika Arena"dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq.

*************************

21:40

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

“İki sahil” xəbər verir ki, 74-cü dəqiqədə Bakı klubunun müdafiəçisi Boyan Letiç dubl müəllifi olub.

**********************

20:32

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

“İki sahil” xəbər verir ki, 70-ci dəqiqədə Azərbaycan təmsilçisinin sol cinah müdafiəçisi Boyan Letiç baxımlı qola imza atıb.

************************

20:51

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

“İki sahil” xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.