10 avqust 2023 20:04
375

Konfrans Liqası: "Sabah" - "Partizan" oyunu start götürüb

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

“İki sahil” xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edir.

Qeyd edək ki, komandaların cavab matçı avqustun 17-də Belqradda olacaq.