Bu gün Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında üz-üzə gələcək "Neftçi" və Türkiyə "Beşiktaş"ının rəhbərləri arasında görüş olub
“İki sahil” xəbər verir ki, Bakı təmsilçisindən verilən məlumata görə, oyun ərəfəsində baş tutan rəsmi yeməkdə flaqmanın icraçı direktoru Fərrux Mahmudovla İstanbul klubunun vitse-prezidenti Engin Baltacı bir araya gəlib.
Görüşdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim ediblər.