09 avqust 2023 16:15
369

“Beşiktaş” klubu Bakıda

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Beşiktaş” klubu Bakıya gəlib.

“İki sahil” xəbər verir ki,  İstanbul nəhəngini gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Qara qartal”ı azarkeşlər hava limanında böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək ilk oyun saat 21:00-da başlayacaq.