09 avqust 2023 12:07
299

Azərbaycan Karate Federasiyaları Assosiasiyası İctimai Birliyinin adı dəyişdirilib

Azərbaycan Karate Federasiyaları Assosiasiyası İctimai Birliyinin adı dəyişdirilib.

Bu barədə “İki sahil”ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gənclər və İdman Nazirliyinin tələblərinə uyğun olaraq, qurumun adı Azərbaycan Karate Federasiyası (AKF) İctimai Birliyi olub.

Qeyd edək ki, Azərbaycan Karate Federasiyasının prezidenti Milli Məclisin deputatı Ülvi Quliyevdir.