09 avqust 2023 09:43
279

Lopeteqi istefa verdi

“Vulverhempton”un baş məşqçisi Xulen Lopeteqi vəzifəsindən ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqada yeni mövsümün startına 6 gün qalmış ispaniyalı mütəxəssisin bu gözlənilməz qərarı  təəccüblə qarşılanıb. 

"The Times"ın yazdığına görə, klub rəhbərliyinin yeni oyunçu alınmasına təşəbbüs göstərməməsi Lopeteqinin bu qərarı verməsinə səbəb olub. Bir neçə aparıcı futbolçusunu satan klub heç bir transfer etməyib.

"Vulverhempton" Premyer Liqada yeni mövsümün ilk oyununu avqustun 14-də səfərdə "Mançester Yunayted"ə qarşı keçirəcək.

Qeyd edək ki, Xulen Lopeteqi ötən ilin noyabrndan "Vulverhempton"u çalışdırırdı.