Futbol üzrə İsveçrə çempionatının 3-cü turu çərçivəsində Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” evdə “Bazel”lə qarşılaşıb və 3:1 hesabıyla qalib gəlib.
“İki sahil” xəbər verir ki, start heyətdə meydana çıxan Renat 37-ci dəqiqədə fərqlənib. O, 68-ci dəqiqədə əvəzlənib.
Renat Dadaşovun qardaşı, Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) isə Almaniyanın Şimal-Şərq Regional Liqasının 2-ci turu çərçivəsində “Altqlinikke” ilə qarşılaşıb.
Matç “Dinamo”nun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Meydana start heyətində çıxan Dadaşov 37-ci dəqiqədə komandasının yeganə qolunu vurub. O, 69-cu dəqiqdə əvəzlənib.