06 avqust 2023 23:23
375

Murad Musayev: "Partizan"la cəsarətli oynayacağıq

“Söz verirəm ki, "Partizan"la görüşdə uğurlu nəticə üçün ən yaxşısını edəcəyik".

“İki sahil” xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.

O, "Partizan"la oyunda cəsarətli oynayacaqlarını bildirib.

Qeyd edək ki, “Sabah” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 10-da “Bank Respublika Arena”da, cavab qarşılaşması isə avqustun 17-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.