Bu gün Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Qəbələ” “Sabah”ın qonağı olub.
“İki sahil” xəbər verir ki, qarşılaşmada 21-ci dəqiqəsində Emmanuel Apeh hesabı açıb. 35-ci dəqiqədə isə Anatoli Nuriyev fərqi iki topa çatdırıb. 45-ci dəqiqədə isə Aleksey İsayev “Sabah”ın üçüncü qolunu vurub. 57-ci dəqiqədə isə Coy Lens Mikels “Qəbələ”nin qapısından dördüncü topu keçirib – 4-0. 79-cu dəqiqədə fərqlənən Tellur Mütəllimov “Sabah”ın üstünlüyünü beş topa çatdırıb.
Misli Premyer Liqası,
1-ci turu
6 avqust
20:00. “Sabah” 5-0 “Qəbələ”
Qollar: Emmanuel Apeh, 21, Anatoli Nuriyev, 35, Aleksey İsayev, 45, Coy Lens Mikels, 57, Tellur Mütəllimov, 79
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”