"Qəbələ"nin üç futbolçusu Misli Premyer Liqasının 2023-2024-cü illər mövsümünün ilk turunun “Sabah”la səfər oyununda iştrak etməyəcək.
“İki sahil” klubun saytına istinadən xəbər verir ki, bunlar Asif Məmmədov, Zurab Oçiqava və Feras Abu Akaldır. Bu oyunçular zədədən sonra bərpa prosesini davam etdirirlər.
Xatırladaq ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” qarşılaşması saat 20:00-da başlayacaq.