06 avqust 2023 10:56
320

"Napoli" kapitanı ilə müqaviləni uzatdı

"Napoli" müdafiəçi Covanni Di Lorenzo ilə müqaviləni uzadıb.

“İki sahil” klubun saytına istinadla xəbər verir ki, komandanın 29 yaşlı kapitanı ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzalanıb.

Qeyd edək ki, italiyalı futbolçu 2019-cu ildən "Napoli"də oynayır. O, ötən mövsüm A Seriyasında 37 matçda 3 qol vurub və 4 qolun ötürməsini verib.