Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Səbail” “Sumqayıtı qəbul edib.
“İki sahil” xəbər verir ki, oyunun 27-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Rövlan Muradov hesabı açıb. Qarşılaşmanın 62-ci dəqiqəsində Meydan sahiblərinin futbolçusu David Qomis hesabı bərabərləşdirsə də 67-ci dəqiqədə fərqlənən Erik Sorqa qonaqları yenidən hesabda önə çıxarıb. 70-ci dəqiqədə Kamran Quliyev fərqi artırsa da oyunda son nöqtəni 76-cı dəqiqədə Səbuhi Abdullazadə qoyaraq “Sumqayıt”ın qələbəsini təmin edib – 1-4.
Misli Premyer Liqası,
1-ci tur
5 avqust
18:30. “Səbail” 1-4 “Sumqayıt”
Qol: Rövlan Muradov, 27 (0:1), David Qomis, 62 (1:1), Erik Sorqa, 67 (1:2), Kamran Quliyev, 70 (1:3), Səbuhi Abdullazadə, 76 (1:4)
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”